Oxucu sual verir: Fitrə zəkatı necə verilir?
Fitrə zəkatı Fitr bayramı günü günəş çıхаndаn sоnrа vеrilir, əgər axşam məlum olsa ki, səhər bayramdır, fitrə zəkatı axşam azanından sonra ayrılır. Fitrə zəkatının miqdarı ailədə hәr nәfәr üçün buğdа, аrpа, хurmа, kişmiş, düyü, qаrğıdаlı vә s. kimi şеylәrdәn 3 kq dəyərindədir. Әgәr bunlаrdаn hәr hаnsının pulunu vеrsә, kifаyәtdir. Bu il üçün fitrə zəkatının dəyəri buğdanın qiyməti ilə hesablansa adambaşına 1 manat 80 qəpikdir. Lakin fitrə qaydalarına görə müstəhəbdir ki, insan özünün daha çox istifadə etdiyi yuxarıda sadalanan ərzaqlardan birinin pulunu hesablayıb versin. Məsələn, bizdə düyü daha çox istifadə edilən məhsuldur və minimum qiymətinin 1 manat 50 qəpik olmasını nəzərə alsaq, fitrə zəkatı adambaşına 4 manat 50 qəpik edəcək.
Ona görə də ailələr öz imkanlarına baxmalıdır. Ailənin imkanı yaxşıdırsa, onda 4 manat 50 qəpikdən verməsi müstəhəbdir, əgər adambaşına bu qədər zəkat vermək ailə üçün çətin olarsa o zaman adambaşına 1 manat 80 qəpikdən hesablasın. (qiymətlər bazarda buğdanın 60 qəpik, düyünün 1 manat 50 qəpik olması əsasında hesablanıb). Fitrə zəkatı kasıb və imkansız ailələrə verilir. Əgər bir ailə kasıbdırsa, onda onlar fitrə verməkdən azaddırlar.