Oxucu sual verir: Mərhum şəxs üçün Yasin surəsi oxunan zaman bütöv surəni birdəfəyə oxumaq vacibdirmi?
Mərhum şəxs üçün Quran oxuyub savabını ona hədiyyə etmək İslam ənənəsində geniş yayılmış bir əməldir. İslam.az-ın məlumatına görə, Quranın həm bütöv surəsini, həm də bir neçə ayəsini oxumaq olar. Daha çox mərhum şəxs üçün Quranın qəlbi (ürəyi və ya ortası) adlandırılan Yasin surəsini oxuyurlar. Yasin surəsini həm bütöv şəkildə, həm də hissə-hissə oxumaq olar. Bütöv oxumağa vaxtı çatmayan və ya yorulan adam surənin davamını sonra da oxuya bilər. Sadəcə olaraq, ikinci dəfə də eyni niyyəti etmək lazımdır.