Son günlərdə Bakının bəzi məktəblərində hicablı şagirdlərə məhdudiyyətlərlə bağlı məsələ ölkə gündəminə gəlməkdədir. DEVAMM-ın həyata keçirdiyi monitorinqin nəticəsinə görə məlum olub ki, bəzi məktəblərdə ayrı-ayrı direktorlar tərəfindən hicablı şagirdlər dərslərə buraxılmayaraq, tədris prosesindən uzaqlaşdırılmışlar.
Məsələ ilə bağlı politiloq, millət vəkili Rasim Musabəyov "Deyerler.org"-a şərhində bildirib: "Bu məsələdə qəti söz deməyə hazır deyiləm. Bu tələbə görə hansısa qız uşaqları məktəbə getməkdən imtina edəcəklərsə, mən bunun tamamilə əleyhinəyəm. Burada inanclı insanların vicdanına cavab verən o geyim formasını, o xanımların təhsil almaq hüququnu təmin etmək lazımdır".