Oxucu sual verir: Oruclu halda diş çəkdirmək və qan aldırmaq olarmı?
Diş çəkdirən zaman vurulan iynə məhlulunun bir hissəsini adam bəzən qeyri-ixtiyari olaraq udur. Eləcə də, diş çəkiləndən sonra gələn qan pambığa bulaşır və bəzən tüpürcəklə udulur. İslam.az-ın məlumatına əsasən, bunun qarşısını almaq çətin olduğu üçün, oruc halda imkan dairəsində diş çəkdirməmək tövsiyə edilir. Lakin zərurət tələb edərsə, icazə verilir. Ciddi şəkildə diqqət yetirmək lazımdır ki, boğazdan aşağı heç nə keçməsin. Oruclu halda bədəndən qan aldırmaq bədəni zəiflətdiyi üçün bəyənilmir, amma günah da deyil və orucu pozmur.