Yaşadığımız Ramazan ayı insana xüsusi bir ruhiyyə bəxş edir. Bu ayda insan pisliklərdən daha çox çəkinir, yaxşılıqlara daha çox can atır. Təqdim etdiyimiz fotolar da bəşərin get-gedə unutmaqda olduğu əzəli fitrətinin - yaxşı olmaq istəyinin əyani təzahürlərindəndir.

Polis nəfəri küçədə yaşayan evsizə ayaqqabı alıb...

"Disneylend"in mühafizəçisi şahzadə paltarı geyinən qızcığazdan avtoqraf alır. Guya onun əsl şahzadə olduğuna inanıb. Əslində isə bu mühafizəçinin bloknotunda yüzlərlə belə uşağın imzaları toplanıb...

Mitinq iştirakçıları nümayişi dağıtmağa göndərilən, lakin yaralanan polis nəfərinə yardım edirlər...

İordaniyalı sərhədçi suriyalı qaçqın uşağın donmuş əllərini qızdırır...

Qahirədə nümayiş zamanı xristianlar "canlı sədd" yaradaraq namaz qılan müsəlmanları mühafizə edirlər...