Oxucu sual verir: Qədr gecəsinin müstəhəb qüslünü aldıqdan sonra vacib namazı qılmaq üçün dəstəmaz almaq lazımdırmı?
Şəriətdə müstəhəb qüslləri iki dəstəyə bölürlər. İslam.az-ın məlumatına görə, birinci dəstəyə insanın qürbət qəsdi ilə istənilən vaxt aldığı müstəhəb qüsllər aiddir. İkinci dəstəyə isə dinimizdə müstəhəbliyi sübuta yetmiş günlərin və gecələrin qüslləri daxildir. Qədr gecəsinin qüslü də bir sıra başqa günlərin qüslü kimi, müstəhəbliyi sübuta yetmiş qüsllərdəndir. Qədr gecəsində qüsl almış şəxsin dəstəmazsız namaz qılmasının hökmü barədə müctəhidlər arasında fikir ayrılığı vardır. Ayətullahlar Sistani, Məkaim Şirazi, Vəhid Xorasani Qədr gecəsinin qüslü ilə namaz qılmağı caiz bilir, amma ehtiyati-müstəhəbə görə dəstəmaz almağı da qeyd edirlər. Ayətullah Xameneyi və mərhum Lənkərani isə müstəhəb qüsllə namaz qılmağı caiz bilmir və mütləq dəstəmaz almağı da buyururlar.