Oxucu sual verir: Müsəlman olmayan birinin tutduğu və ya bişirdiyi balığı yemək olarmı?
Balığın yeyilmək üçün halal olmasının əsas şərti onun sudan diri halda tutulub çıxarılması və sudan kənarda ölməsidir. İslam.az-ın məlumatına görə, balığı kimin tutması fərq etməz. Qeyri-müsəlman belə, balığı diri halda sudan çıxarsa və balıq quruda can versə, yeyilmək üçün halaldır. Balığın halal olması üçün digər əsas şərt cəfəri məzhəbinə görə onun pulcuqlu olmasıdır. Pulcuqlu balığın əti yeyilmək üçün halaldır. Pulcuqsuz balıqların əti isə cəfərilikdə haram sayılır. Burada da balığı kimin tutması fərq etməz.