Oxucu sual verir: Ramazan ayında qılınması müstəhəb olan min rükət namaz hansı ardıcıllıqla icra edilir?
Əhli-sünnə məzhəbindəki təravih namazının əvəzinə cəfəri məzhəbində Ramazan ayının gecələrində aşağıdakı ardıcıllıqla min rükət nafilə (müstəhəb) namazı qılınır: Ramazan ayının ilk 20 gecəsində (19-cu gecə istisna olmaqla) hər gecə 20 rükət, 22-ci gecədən Ramazanın axırına kimi (23-cü ge¬cəni çıxmaqla) hər gecə 30 rükət. 19-cu, 21-ci və 23-cü gecələrin hər birində 100 rükət, cümə gecələri əlavə olaraq 10 rükət və sonuncu cümə gecəsi əlavə olaraq 40 rükət. Bunların cəmi min rükətdir.