POPULYARXƏBƏRLƏR

Avropanın mədəniyyət mərkəzi İstanbulda xəbər agentliklərinin toplantısı keçirilib

2010-cu ildə Avropanın mədəniyyət mərkəzi olan İstanbulda dünyanın müxtəlif ölkələrinin 43 xəbər agentliyinin toplantısı keçirilib. Toplantıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) nümayəndə heyəti də iştirak edib.

Toplantını giriş sözü ilə açan Anadolu Agentliyinin baş direktoru Hilmi Bengi qonaqları Türkiyədə salamlayaraq bu il 90 illik yubileyini qeyd etmiş agentliyin fəaliyyətindən, beynəlxalq əlaqələrindən ətraflı bəhs edib.
"İstanbul 2010 - Avropanın Mədəniyyət Paytaxtı" kampaniyasının icraçı direktoru Şekib Avdakiç sivilizasiyaların və xalqların yaxınlaşmasında informasiya agentliklərinin rolundan bəhs etmiş, xəbər agentliklərinin rəhbərlərini Avropa ilə Asiyanı birləşdirən İstanbulda salamlamaqdan məmnun olduğunu bildirib.

Türkiyə Baş nazirinin müavini, dövlət naziri Bülənd Arınç da qonaqları Türkiyə hökuməti adından salamlayıb, cəmiyyətlərin həyatında, qloballaşan dünyada informasiya agentliklərinin əhəmiyyətindən söhbət açıb.

Toplantıda məruzə ilə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov, İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, İRNA Agentliyinin baş direktoru Əli Əkbər Cavanfekr Şəhri, İndoneziyanın Antara Agentliyinin baş direktoru Əhməd Muxlis Yusuf, İspaniyanın EFE Agentliyinin baş direktoru xanım Lola Alverez və digər natiqlər sivilizasiyaların və xalqların yaxınlaşmasında informasiya agentliklərinin rolundan danışıblar.

A.Aslanov diqqətə çatdırıb ki, bəşəriyyətin tərəqqisində və qloballaşan dünyanın inkişafında informasiya mühüm rol oynayır. Ölkələrimiz inkişaf etdikcə xəbər mediasının cəmiyyətə təsir imkanları artır və bu proses müasir dünya dövlətlərini hörümçək toru kimi bir-birinə sıx bağlayır.
AzərTAc-ın son illər getdikcə güclənən fəaliyyətindən bəhs edən Aslan Aslanov vurğulayıb ki, agentlik xəbər istehsalı və yayılması arxitekturasında mühüm islahatlara, iddialı bir proqram hazırlamağa başlamışdır. Bu proqramın vacib cəhətlərindən biri xarici dillərdə informasiya baş redaksiyasının strukturunun genişləndirilməsidir. Artıq bu istiqamətdə ciddi addıımlar atılmış, ingilis və rus dilləri ilə bərabər, alman, fransız və ərəb dillərində də xəbər şöbələri yaradılıb. Aparıcı milli xəbər agentliyi üçün yüksək standartlara cavab verən yeni multimedia redaksiyası da fəaliyyətə başlayıb. Jurnalistlərin ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləməsi üçün seminarlar təşkil olunur. AzərTAc-ın yeni binasının inşası üçün intensiv smeta-layihələndirmə işləri görülür. Agentliyin kollektivi yeni minilliyin qarşıda qoyduğu yeni vəzifələri yerinə yetirmək və informasiya bazarında təklifin tələbi üstələməsinə nail olmaq üçün müntəzəm surətdə yeni texnologiyalardan istifadə etmək, struktur islahatları aparmaq və redaksiyaların arxitekturasını yeniləmək istiqamətində işləri davam etdirəcək.

Noyabrın 27-də İstanbulda Türkdilli Xəbər Agentlikləri Birliyinin və İƏT ölkələri xəbər agentliklərinin də toplantıları keçriləcək.



Yerləşdirilib:5 Dekabr, 2010  16:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com