İraqın yeni hökumətinə hazırkı baş nazir Nuri əl-Maliki rəhbərlik edəcək
APA-nın məlumatına görə, qəbul olunan prosedura görə, prezident Cəlal Tələbani yeni hökuməti formalaşdırmağı Nuri əl-Malikiyə həvalə edib. Adı çəkilən şəxs 30 gün ərzində parlamentdə təmsil olunan partiyaların üzvlərindən ibarət hökumət formalaşdırmalıdır. İraqda keçirilən parlament seçkilərində əl-Malikinin rəhbərlik etdiyi "Qanun dövləti" koalisiyası ikinci yeri tutaraq, sabiq baş nazir İyad Ələvinin "İrakiyyə" blokuna uduzub. Lakin parlamentdə təmsil olunan digər partiyalar əl-Malikini dəstəklədiyinə görə hökuməti formalaşdırmaq ona tapşırılıb.