Oxucu sual verir: Quran oxuyarkən dəstəmaz almaq lazımdırmı?
Ümumiyyətlə, dəstəmaz almaq dinimizdə bəyənilən əməldir. İslam.az-ın məlumatına görə, gün ərzində namazdan başqa vaxtlarda da müsəlmanın dəstəmaz alması, dəstəmaz pozulduqda təzələməsi müstəhəb sayılır. Lakin namaz qılmaq, Quranın yazısına toxunmaq kimi əməllərdən ötrü dəstəmazlı olmaq vacibdir. Əgər Quran xəttinə toxunmadan oxuyarsa, dəstəmazlı olmaq vacib yox, müstəhəb sayılır.