Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsraili Yaxın Şərqdə sülhə təhlükə törədə biləcək hərəkətləri dayandırmağa çağırıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyip Ərdoğan Livan paytaxtında Ərəb Bankları Birliyi tərəfindən təşkil olunmuş konfransda deyib ki, əgər İsrail Livan və Qəzza bölgəsinin əhalisinə qarşı tanklardan, təyyarələrdən və kaset bombalarından istifadə edərsə, Türkiyə bu zaman səssiz qalmayacaq