. Səudiyyə Ərəbistanında kəsilmiş qurbanların əti 27 müsəlman ölkəsinə göndəriləcək.
APA-nın "İnfo-İslam"a istinadən məlumatına görə, bunu İslam İnkişaf Bankı Qrupunun prezidenti doktor Əhməd Məhəmməd Əli deyib. Onun sözlərinə görə, ilk karvan yaxın günlərdə Pakistana göndəriləcək. Ümumilikdə Həcc ziyarəti dövrində 931 min baş qoç, 2 409 min inək və dəvə kəsilib.
Qurbanlıq ətin bir hissəsi Qurban bayramı günü ətrafda yaşayan ehtiyacı olan insanlara paylanıb, yerdə qalan hissəsi isə xüsusi qablaşdıraraq bütün dünyada yaşayan və ehtiyacı olan müsəlmanlara paylanacaq.