Oxucu sual verir: Bir gecəlik Bakıdan rayona səfər edən adam orucunu pozmamaq üçün yola nə vaxt çıxsın, vətənə nə vaxt qayıtsın?
Bakıdan rayonlara məsafə tərəxxüs həddindən çoxdur. İslam.az-ın məlumatına görə, əgər adam həm Bakını, həm də rayonu özünə vətən sayırsa, yola çıxarkən səfərdə sayılır və səfər hökmlərinə əməl etməlidir. Əgər Bakıdan rayona gedən adam zöhr azanına kimi tərəxxüs həddinə (səfər məsafəsinə) çatsa orucunu pozmalıdır. Əgər zöhrdən sonra səfər məsafəsinə çatsa, orucunu davam etdirməlidir. Gecə rayonda qaldıqdan sonra ertəsi gün zöhr vaxtına kimi vətənə çatsa, orucunu tutur və pozmur. Yox, əgər zöhrdən sonra evə çatsa, orucu batil olar.