Oxucu sual verir: Rüku zamanı nə qədər əyilmək lazımdır? Rükuda qadın kişidən daha az əyilə bilərmi?
Rüku namazın hər bir rükətində yerinə yetirilməsi vacib olan bir əməldir və namazın rüknlərindən sayılır. İslam.az-ın məlumatına görə, rükuda ovuclar diz qapaqlarına çatana kimi beli əymək lazımdır. Bu zaman ovucu diz qapaqlarının üstünə qoymaq şərt deyil, yetər ki, ovuclar diz qapaqlarına çatan miqdarda insan əyilsin. Qadınlar üçün müstəhəbdir ki, əllərini dizdən bir qədər yuxarı budlarının üstünə qoysunlar. Amma bu zaman da ovuc diz qapağına çatana kimi əyilmək lazımdır. Sadəcə olaraq, bu qədər əyiləndən sonra əlləri dizdən yuxarı qoymaq müstəhəbdir. Bir daha diqqət yetirin ki, bu fərq müstəhəbdir, vacib deyil.