Oxucu sual verir: Ramazan ayı boyunca yas mərasimlərində günorta və ya axşamüstü ehsan süfrəsi təşkil etmək olarmı?
Ehsan süfrələrinin əsas məqsədi Allahın razılığını qazanmaq və ehsanın savabını mərhumun ruhuna hədiyyə etməkdir. Əlbəttə, buna yalnız halal yolla nail olmaq olar. İslam.az-ın məlumatına görə, Ramazan ayında gündüz vaxtı ehsan verən şəxs başqalarını Allahın buyruqlarını pozmağa dəvət etmiş olur, bununla da günaha yol açır. Günah əməl vasitəsilə Allahdan savab ummaq və bu yolla ölüyə rəhmət qazandırmaq mümkün deyil. Ona görə də, Ramazan ayında iftar vaxtından əvvəl yemək süfrəsi təşkil etmək bəyənilmir, bunun nəinki heç bir savabı yoxdur, əksinə, böyük günahdır.