Oxucu sual verir: Müsəlman kilsəyə gedib şam yandıra bilərmi?
Kilsəyə getmək özü-özlüyündə günah deyil. Kilsənin içində nə olduğunu öyrənib-bilmək məqsədi ilə və ya xarici ölkələrdəki məşhur kilsələrə turist kimi getmək olar. Amma təəssüf ki, bəzi müsəlmanlar kilsəyə ya ibadət, ya da nəzir niyyəti ilə gedirlər. İslam.az-ın məlumatına görə, məscid mövcud olan bir şəhərdə kilsəyə gedib, orada ibadət etmək düzgün deyil. Kilsədə yazlnız o zaman ibadət etməyə icazə verilər ki, o ətrafda məscid və ya ibadət üçün yararlı bir yer olmasın. Nəzirə gəlincə, bunu da kilsə üçün etmək və kilsədə yerinə yetirmək yanlışdır. Xüsusilə, xristianlar-sayağı kilsəyə gedib, ikonanın qabağında şam yandırmaq və arzu diləmək müsəlmana yaraşmaz.