İran prezidenti Mahmud Əhmədinejad Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısında toplantıya qatılan həmkarlarını Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair prosesi 2011-ci ildə başa çatdırmağı təklif e
APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, İran prezidenti qeyd edib ki, Xəzərdə təhlükəsizliyin təminatı sahilyanı ölkələrin öz işidir: "İran Xəzərdə əməkdaşlığı dəqiqliklə ehtiva edən proqramlarda işləməyə hazırdır. Xəzəryanı ölkələr həmçinin birgə gəmiçilik şirkəti yaratmalı, mədəniyyət və turizm sahəsində daha sıx əlaqələr qurmalıdır".