Müqəddəs Qurban bayramı Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində də qeyd edilib
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram münasibətilə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tiflis Cümə Məscidində olub və din xadimləri ilə görüşüb. Sonra Azərbaycan səfiri Heydər Əliyevin Tiflisdəki büstünün önünə əklil qoyub. Səfirlik bayramla əlaqədar qurbanlar kəsdirərək yoxsul ailələrə paylayıb.