Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dini təmayüllü radikal silahlı birləşmə tərkibində Pakistan və Əfqanıstanda ABŞ qüvvələrinə qarşı döyüşmək istəyən İlqar Məmmədov, Ramin Musayev və Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Proses noyabrın 22-də davam etdiriləcək.
İttiham aktına görə, təqsirləndirilən şəxslər Pakistan və Əfqanıstanda silahlı birləşmələrin tərkibində ABŞ qüvvələrinə qarşı döyüşmək istəyiblər. Onlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.
Hər üç şəxs Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsi ilə ittiham olunur.