Oxucu sual verir: Bakı şəhərində yaşayan adam Bakı kəndlərindən birinə gedərsə, namazını bütöv qılmalıdır yoxsa qəsr şəklində?
Cəfəri məzhəbində səfər hökmlərinə görə, gedib-qayıtması üst-üstə 8 fərsəxdən (44-45 km.) çox olan səfərə çıxmış şəxs namazını qısa (qəsrlə) qılmalı, oruc tutmamalıdır. İslam.az-ın məlumatına görə, bu məsafə yaşadığı məntəqənin son nöqtəsindən hesablanır. Bakı şəhərindən Bakı kəndlərinə gedən adam üçün şəhərin son nöqtəsi xalq arasında “Koroğlu” metrosu sayılır. Buradan o yana şəhər ərazisi bitmiş hesab edilir. Deməli, səfərə çıxan adam həmin nöqtədən getdiyi kəndə kimi məsafəni nəzərə almalı, gedib-qayıtmağın 48 km.-dən az ya çox olmasına əsasən, ibadətləri yerinə yetirməlidir.