Avtobusla Həcc ziyarətinə yola düşən azərbaycanlı zəvvarların ikinci (sonuncu) qrupu Məkkə şəhərinə çatıb
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, artıq azərbaycanlı zəvvarların hamısı kiçik Həcc (Ümrə) ziyarətini başa vurmaq üzrədir.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ümumilikdə 46 avtobusdan ibarət iki avtobus karvanı və 4 təyyarə reysi yola düşüb.
Bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub. Ümumilikdə, təşkilati məsələlər nəzarət edən şəxslər, həkim briqadası, sürücülər və müşayiət edənlərlə birlikdə Azərbaycandan bu il Səudiyyə Ərəbistanına 2300 nəfərdən ibarət missiya yola düşüb.