İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami qarşıdan gələn Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Səfirlikdən APA-a göndərilən təbrik mesajında deyilir: "Müsəlmanların qəlblərini yaxınlaşdıran və islam dininin böyük bayramı olan Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının hörmətli hökumətini və müsəlman xalqını təbrik edirəm. Builki bayramla İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasına səfərinin üst-üstə düşməsi xoş bir təsadüfdür. Ümid edirəm ki, bu mübarək təsadüfün sayəsində iki ölkə arasındakı tarixi bağlar və dostluq münasibətləri daha da inkişaf edərək möhkəmlənəcək".