Oxucu sual verir: “Haqla batilin fasiləsi dörd barmaq qədərdir” hədisinin mənası nədir?
Bu hədisi İmam Əli ibn Əbutalibə (ə) aid edirlər. Rəvayətə görə, bir gün Həzrət Əli (ə) xütbə söyləyərkən, əlinin barmaqlarını birləşdirmiş və barmaqların ucu yuxarı olmaqla ovcunu gözü ilə qulaqlarının arasına tutaraq buyurmuşdu: “Bilin ki, haqla batilin fasiləsi dörd barmaq qədərdir”. Burada haqq – gözlə görüləni, batil isə qulaqla eşidiləni ifadə edir. Məlumdur ki hər bir hadisə haqqında ən dolğun təsəvvürü duyğu üzvləri arasında göz verə bilir. Gözlə görülənlər həqiqətin “eynül-yəqin” mərhələsini təşkil edir. Qulaqla eşidilənlər isə insanı aldada bilər. İnsan gördüyünə deyil, eşitdiyinə inansa, asanlıqla yanlışlığa düşə bilər.