Küveyt dövlətinin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını, daha sonra isə Şəhidlər xiyabanını ziyarət edib.
Qeyd edək ki, noyabrın 11-də qonaqların iştirakı ilə "İslamda qadın: nailiyyətlər və problemlər" mövzusunda dəyirmi masa keçiriləcək. Həmin gün Küveyt nümayəndə heyəti Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyevlə görüşəcəklər.
Noyabrın 12-də isə qonaqlar Səbail rayonundakı 134 saylı orta məktəb və uşaq bağçası, Nizami rayonundakı 1 saylı uşaq evi ilə tanış olacaqlar.