Oxucu sual verir: Qadın heyz halında Quran oxuya bilərmi? Namaz vaxtlarında heyzli qadın nə etməlidir?
Qadının heyz müddətində bəzi əməlləri etməsi haram, bəziləri isə məkruhdur. Heyzli qadının Qurandan 7 ayədən artıq oxuması (istər üzündən, istərsə də əzbər) məkruhdur (bəyənilməzdir). Həmçinin, heyzli qadının Quran yazısına toxunması haramdır. Qadın heyz günlərində namazdan azaddır. Paklandıqdan sonra da qəza etməli deyil. Heyz günlərində namaz vaxtlarında bədənini paklayıb, dəstəmaz alıb üzü qibləyə oturması və dua etməsi müstəhəbdir. Bir daha təkrar edirik ki, bu, vacib yox, müstəhəbdir.