Oxucu sual verir: Həqiqətən, “İncil”də yazıldığı kimi Həzrət İsa Peyğəmbər (ə) şərab içibmi?
Şərab içmək Allahın haram buyurduğu, hər dövrdə və hər şəraitdə haram olan bir əməldir. Bütün peyğəmbərlər şərabı haram bilmiş və öz tərəfdarlarına qadağan etmişlər. Belə isə, məsum bir peyğəmbərin şərab içdiyini söyləmək nə ağla, nə də insafa uyğun deyil. “İncil”ə gəlincə, Həzrət İsaya (ə) nazil olan əsil “İncil” indi əlimizdə yoxdur. Mövcud “İncil”lər sonralar ayrı-ayrı şəxslər tərəfindən qələmə alınmış kitablardır və onların içində kifayət qədər təhriflər, batil fikirlər vardır. İsa Peyğəmbərin (ə) guya şərab içməsi barədə məlumatlar da yalan və böhtandır.