Pakistan Milli Menecment Kollecində təhsil alan yüksək və orta rütbəli yerli məmurlar Azərbaycan Diplomatik Akademiyasında olublar. ADA-dan APA-ya verilən məlumata görə, səfərin məqsədi təhsil ocağının tədris təcrübəsi və gələcək planları ilə tanış olmaq idi.
Diplomatik Akademiyanın professor heyəti tədris kursu, aparılan elmi araşdırma və onların əhəmiyyəti barədə danışıb. Qonaqlara Ermənistanın Azərbaycana təcavüzü, ölkə torpaqlarının 20 faizinin işğal altında olması və bu reallığın Azərbaycanın xarici siyasətinə təsirindən bəhs edilib.
Azərbaycan Diplomatik Akademiyasının təmsilçiləri pakistanlı tələbələrin təhsil ocağında oxuması üçün təqaüd verməyə hazır olduqlarını bildirdilər.