Pakistanın şimal-qərbində məsciddə baş vermiş terror aktı nəticəsində ən azı 7 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Terrorçular Peşavər şəhərində yerləşən məscidi qumbaralardan atəşə tutublar.
Bu gün daha öncə terrorçu-kamikadze Peşavər yaxınlığındakı Dera Adam Hel şəhərindəki məsciddə özünü partlatmışdı. Həmin terror aktının nəticəsində 60 nəfərdən artıq insan həlak olub.
Pakistan hüquq-mühafizə orqanları terror aktlarını "Təhrik-i-taliban Pakistan" təşkilatının həyata keçirdiyinə əmindirlər.