Oxucu sual verir: Başqasının eşitmədiyi tərzdə, məsələn, təklikdə olarkən, söyüş söymək olarmı?
Söyüş söymək günah əməldir. Heç bir şəraitdə bunu etmək olmaz. Məsumlarımız heç zaman, heç bir bəhanə ilə, hətta möhkəm qəzəblənsələr də söyüş söyməyiblər. Söyüş yalnız başqasının eşidəcəyi üçün günah deyil. Heç kim eşitməsə belə, Allah və mələklər eşidirlər. Ona görə də, mömin adam Allahdan və mələklərdən utanıb, hətta təklikdə belə, söyüş söyməz.