Rusiya Xarici İşlər Nazirliyi Səddam Hüseynin hakimiyyəti dövründə baş nazirin müavini olmuş Tarik Əzizin İraq Ali Məhkəməsi tərəfindən ölümə məhkum edilməsi ilə əlaqədar bəyanat yayıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bəyanatda İraq Prezident Şurasının edam hökmünü təsdiqləməyəcəyinə ümid ifadə olunub: "Bu hökmü İraqın daxili işi sayırıq. Bununla yanaşı, Əzizin ağır xroniki xəstəliklə əlaqədar sağlıq durumunun və yaşının nəzərə alınmasını vacib hesab edirik. İstənilən halda ümid etmək istəyirik ki, İraq Prezident Şurası hökmün qüvvəyə minməsinə yol verməyəcək".