. Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub
APA-nın Ədliyyə Nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, nümayəndə heyətinə nazirliyin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarov başçılıq edib. Səfər zamanı ekstradisiya və məhkumların verilməsi, habelə məhkəmə və hüquq əməkdaşlığı haqqında müqavilələr, iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş layihələri razılaşdırılıb.
Nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Şeyx Məhəmməd bin Əbdul Kərim Əl-Essa tərəfindən qəbul edilib. Nazir razılaşdırılan sənədlərin yaxın gələcəkdə imzalanması üçün müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Tədbirlərdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Elman Araslı da iştirak edib.