Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Sabir Həsənlinin "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Hacı Sabir Həsənli bu ordenə Azərbaycanda dini təhsilin inkişafında xidmətlərinə görə layiq görülüb.