Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
Azərbaycan Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə13 noyabr istirahət günü ilə 15 noyabr iş gününün yeri dəyişdirilib.
Qeyd edək ki, noyabrın 16 və 17-si Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bununla da noyabrın 14, 15, 16 və 17-si Azərbaycanda qeyri-iş günü hesab olunur.