Bu gün İranın ticarət naziri Mehdi Qəzənfəri xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirib.
APA-nın Tehranda XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalında iştirak edən əməkdaşının verdiyi məlumata görə, nazir bildirib ki, İranla Azərbaycan arasında əlaqələr getdikcə inkişaf edir: "2009-cu ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 550 milyon dollar təşkil edib. İki ölkə arasında bəzi maneələr aradan qaldırılsa, bu rəqəmi 1 milyard dollara da çatdırmaq olar".