Oxucu sual verir: “Amin” sözünün mənası nədir və namazda bu söz deyilirmi?
“Amin” sözünün qədim yəhudi dilində “el meleh neeman” (tanrı doğruculdur, və ya doğru deyir) ifadəsindəki sözlərin baş hərflərindən təşkil edildiyi ehtımal olunur. Bibliya mətnində bu söz bir neçə dəfə işlədilir. Ərəb dilınə də bu sözün yəhudi dilindən keçməsi ehtimal olunur. Adətən, dua zamanı dua edənin özü və onu eşidənlər amin söyləyirlər. Mənası budur ki, qoy bu duada deyilən sözlər həyata keçsin. Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra “amin” söyləmək sünnətdir. Hətta mələklər də möminlərin namazını dinləyib, qəbul olması üçün “amin” deyirlər. Cəfəri məzhəbində isə namazın qiraətindən sonra qəsdən “amin” söyləmək nəinki bəyənilmir, hətta bu əməl namazı batil edir.