Oxucu sual verir: Boynunda qəza namazı olan adam müstəhəb namaz qıla və oruc tuta bilərmi?
Qəzaya getmiş ibadətlər mütləq yerinə yetirilməlidir. Lakin qəza namazı ilə orucun fərqi budur ki, boynunda qəza namazı olan adamın müstəhəb namazlar qılmasına da icazə verilir. Amma əlbəttə ki, ilk öncə qəza namazlarını bitirməsi daha yaxşı olar. Çünki insan qəzaya verdiyi ibadətlərə görə cavab verəcək. Oruc məsləsində isə boynunda qəza orucu olan şəxsin müstəhəb oruc tutmasına icazə yoxdur. Əvvəlcə qəza oruclarını bitirməli, sonra müstəhəb oruclara keçməlidir.