Oxucu sual verir: 1258-ci ildə Bağdad şəhərinin monqollar tərəfindən istila edilməsi Nəsirəddin Tusinin təhriki ilə baş vermişdirmi?
Monqol xanı Mengu-xan öz qardaşı Hulakunu 1255-ci ildə nəhəng qoşunla müsəlman torpaqlarının üzərinə göndərdi. Məqsəd – müsəlman torpaqlarını ələ keçirmək, sərvətlərini qarət etmək idi. Hülaku şərq istiqamətindən irəliləyərək ardıcıl olaraq məmləkətləri ələ keçirməyə başladı. Belə bir şəraitdə müsəlman xilafətinin mərkəzi, Şərqin ən zəngin şəhəri olan Bağdadın hücumlardan kənarda qalacağını gözləmək sadəlövhlük olardı. Nəsirəddin Tusi nəinki Bağdadın ələ keçirilməsini və dağıdılmasını təklif etməmiş, hətta hər vasitə ilə şəhəri qorumağa çalışmışdı. Bağdaddakı onlarla alim məhz Tusinin vasitəçiliyi ilə ölümdən xilas oldu. Şəhərdəki kitabxanaların qorunması, yanan kitabxanalardan kitabların çıxarılması da Tusinin rəhbərliyi altında həyata keçirilirdi. Nəsirəddin Tusiyə qarşı bu çirkin iftiranı cəfəri məzhəbinə qarşı düşmən münasibətdə olan salnaməçilər uydurmuşlar. Hal-hazırda bu fikir vəhhabi alimləri tərəfindən təbliğ edilir.