Oxucu sual verir: İslam Peyğəmbərinin meracı cismani (fiziki) olub ya ruhani?
Əksər alimlər meracın ruhani olduğunu qəbul etmişlər. Hətta buna sübut olaraq, Peyğəmbərin meracda olduğu müddət boyunca yatağının hələ də isti qaldığı barədə hədis gətirirlər. Keçmiş dövrdə yaşamış bəzi alimlər isə meracın cismani deyil, ruhi olduğunu söyləmişlər. Onların fikrincə, Peyğəmbərin yalnız ruhu meraca getmiş, bədəni isə Məkkədə qalmışdır. Alimlərin bu fikrə düşməsinin səbəbi orta əsrlərdə astronomik düşüncədə Ptolomeyin geosentrik (Yer mərkəzli) sisteminin hakim olması idi. Bu düşüncəyə görə, Yer kurəsini ardıcıl olaraq 4 həyat ünsürü – su, torpaq, hava və od əhatə edir. Bundan sonra fələklər adlanan 9 qat gəlir. Hər hansı cismin bu fələkləri yarıb keçməsi mümkün deyil. Lakin elm inkişaf etdikcə, həm geosentrik sistemin, həm də 9 fələk anlayışının yanlış olduğu aşkara çıxdı.