Gələn həftə İranın paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət sərhəd xidməti rəhbərlərinin toplantısı keçiriləcək.
APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran sərhəd polisinin rəisi Hüseyn Zülfüqari bildirib ki, bu toplantının keçirilməsi müsbət addımdır: "Biz bununla bəzi çətinliklərin siyasi problemə çevrilməsinin qarşısını almaq istəyirik. Çalışacağıq ki, ixtilaflı məsələlər sərhədçilər tərəfindən həll edilsin".