İran prezidenti Mahmud Əhmədinejadın rəhbərlik etdiyi nümayəndə heyəti Livana rəsmi səfər edib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər Livan prezidenti Mişel Süleymanın dəvəti ilə baş tutub.
İran prezidenti livanlı həmkarı, Livanın baş naziri və digər rəsmi şəxslərlə görüşəcək.
Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələri genişləndirmək zəminində müzakirələr aparılacaq, anlaşmalar imzalanacaq.