İran İslam İnqilabı Keşikçiləri Korpusunun Xorramabad şəhərində yerləşən "Həzrət Əbülfəzl" adlı hərbi qarnizonunda baş vermiş partlayışda ölənlərin sayı 18-ə çatıb, yaralıların sayı isə 14-dür
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə qarnizonun rəis müavini Yadullah Buəli bildirib.
Rəis müavininin sözlərinə görə, partlayışa silah anbarının yaxınlığında baş vermiş yanğın səbəb olub. Güclü yanğın silah anbarına keçib, nəticədə partlayış baş verib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.