Oxucu sual verir: Əməvi və Abbasi sülalələri Peyğəmbərlə qohum idilərmi?
Həm Əməvilər, həm də Abbasilər Peyğəmbərin mənsub olduğu Qüreyş qəbiləsindəndirlər. Əməvilərin ulu əcdadı Üməyyə Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu babası Haşimin qardaşı Əbdi-Şəmsin oğludur. Əbu Süfyan, Müaviyə, Yezid Əməvilər soyundan olmuşlar. Vaxtilə Üməyyənin öz əmisi oğullarına duyduğu paxıllıq üzündən bu iki nəsil arasında həmişı kin-küdurət mövcud olmuşdur.
Abbasilər sülaləsi isə Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin nəslindəndir. İlk Abbasi xəlifəsi Əbül-Abbas Səffah Abbasın nəvəsinin nəvəsidir.