Bakı - APA-ECONOMICS. İraqın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 143,1 mlrd. barelə çatıb.
Bu göstərici ilə İraq yenə də Səudiyyə Ərəbistanı və İrandan sonra üçüncü yeri tutur. İndiyədək İraqın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 115 mlrd. barel olub.
Hüseyn əl-Şəhristani bildirib ki, İraqın neft ehtiyatlarının 71%-i ölkənin cənubunda, 20%-i şimalında, 9%-i isə mərkəzində toplanıb. Karbohidrogen ehtiyatlarının ixracı İraq büdcəsinin gəlirlərinin 95%-ni təmin edir. Hazırda İraqda neft hasilatı sutkada 2,4 mln. barel təşkil edir.