POPULYARXƏBƏRLƏR

Azərbaycan prezidenti yəhudi icmalarının nümayəndələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qəbul edib.


APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün xalqlara və milli azlıqlara, o cümlədən yəhudilərə tolerant münasibət bəslənilir. Prezident tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını xüsusi vurğulayaraq qeyd etdi ki, bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlət başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu barədə də ətraflı danışdı. Ölkəmizin müstəqil siyasət yürütdüyünü, xalqla iqtidarın birliyinə nail olunduğunu və dövlət siyasətində insan amilinin başlıca yer tutduğunu vurğulayan dövlət başçısı respublikamızda əhalinin güzəranının durmadan yaxşılaşdığını, qısa müddətdə yoxsulluğun 49 faizdən 11 faizə endirildiyini və böyük miqdarda yeni iş yerlərinin yaradıldığını dedi. Məqsədyönlü siyasət nəticəsində ölkəmizin paytaxtının, eləcə də regionlarının tanınmaz dərəcədə dəyişdiyini və müasirləşdiyini qeyd edən prezident İlham Əliyev Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğuladı. Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkəmizdə bütün sahələrdə inkişafın təmin edildiyini vurğulayan dövlət başçısı Azərbaycanın son illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olduğunu və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında yerini tutmaq üçün səylərini daha da gücləndirdiyini bildirdi.
Prezident Azərbaycandakı müxtəlif dini icmaların azad fəaliyyəti üçün həyata keçirilən tədbirlərə bir daha toxunaraq bu baxımdan Bakıda yeni sinaqoqun inşa olunduğunu qeyd etdi. Dövlət başçısı beynəlxalq səviyyədə Azərbaycan reallıqlarının təbliğinin gücləndirilməsinin vacibliyini dedi və bu baxımdan qarşılıqlı səfərlərin mühüm rol oynadığını söylədi.
MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev qonaqpərvərliyə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, Azərbaycanda bütün xalqlara, milli azlıqlara, o cümlədən yəhudilərə daim yaxşı münasibət bəsləndiyini dedi. Ümummilli lider Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırlayan Lev Levayev ulu öndərin tolerantlıqla bağlı müdrik siyasətinin indi də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Qonaq bu cür xoşməramlı siyasətə Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban Əliyevanın da töhfələr verdiyini xüsusi qeyd etdi.
İsrailin baş ravvini Şlomo Amar Azərbaycana ilk səfərinin onda zəngin təəssürat doğurduğunu söylədi. O, respublikamız ilə ilk tanışlığından prezident İlham Əliyevin siyasətində insan amilinin başlıca meyar olduğu qənaətinə gəldiyini dedi. Şloma Amar Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzinə gələnə qədər aparılan böyük quruculuq və yenidənqurma işlərinin şahidi olduğunu vurğuladı. Qonaq respublikamızdakı sinaqoqlarla tanışlığın onda razılıq doğurduğunu söylədi. Baş ravvin paytaxtda yeni sinaqoqun inşa olunması ilə bağlı bütün yəhudilər adından dövlətimizin başçısına minnətdarlığını bildirdi, Bakıda tikilən yeni yəhudi məktəbinin də ən müasir tələblərə cavab verdiyini dedi. Şlomo Amar məktəbin inşasına görə prezident İlham Əliyevə minnətdar olduğunu söylədi.
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen ötən səfərindən bəri respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğuladı. O qeyd etdi ki, Azərbaycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə yaşamaları baxımından nümunə rolunu oynayır. Qonaq bu zəngin təcrübənin təbliğinin vacibliyini də diqqətə çatdırdı.
Rusiyanın baş ravvini Berl Lazar da Azərbaycandakı tolerantlığın nümunəvi xarakter daşıdığını və bu təcrübənin yayılmasının zəruriliyini vurğuladı. O, prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan yenidənqurma tədbirlərinə toxunaraq Bakıda müasir yəhudi məktəbinin tikilməsini tolerantlığın yaxşı bir nümunəsi kimi dəyərləndirdi.




Yerləşdirilib:10 Oktyabr, 2010  16:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com