Oxucu sual verir: Allahın heç kimi yaratmazdan əvvəl Həzrət Fatiməni (ə) yaratdığı iddiası doğrudurmu?
Bu məlumat yanlışdır. Çünki əvvəla, bütün dini məlumatlara görə, yer üzündə yaradılmış ilk insan Həzrət Adəm (ə) olub. Əgər burada maddi mənada deyil, ruhun yaradılması nəzərdə tutulsa belə, yenə də bu fikrin doğuluğunu qəbul etmək çətindir. Çünki hədis və rəvayətlərə görə, Allah hər kəsdən öncə Həzrət Məhəmməd Peyğəmbərin (s) nurunu yaratmışdır. İrfan ədəbiyyatında “nuri-Mühəmmədi” anlayışı çox məşhurdur.