Prezident İlham Əliyev Azərbaycan və Mavritaniya İslam Respublikası arasında 2010-cu il 15 iyul tarixində Bakıda imzalanmış sənədlərin təsdiqlənməsi haqqında sərəncam imzalayıb.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, bundan başqa prezident 2010-cu il iyulun 13-də Ankarada İmzalanmış "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyənin Kapital Bazarı Şurası arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında anlaşma memorandumunu təsdiq edib.
Eyni zaman dövlət başçısı 2010-cu il iyulun 15-də Bakıda imzalanmış "Azərbaycanın Xarici İşlər Nazirliyi və Portuqaliyanın Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumunu təsdiqləyib.