POPULYARXƏBƏRLƏR

ABŞ İran rəsmilərinə qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq edib

ABŞ prezidenti Barak Obama 2009-cu ildə İranda prezident seçkilərindən sonra insan hüquqlarının pozulmasında ittiham edilmiş səkkiz hökümət nümayəndəsinə qarşı sanksiyaların tətbiq edilməsi haqda fərman imzalayıb.

voanews.com saytına istinadən verdiyi xəbərə görə, bunun birbaşa adları göstərilən şəxslərə böyük təsiri olmasa da,onların ABŞ-a səfər etməsi və ya ölkədə maliyyə əməliyyatları həyata keçirməsi qadağan edilir, habelə Birləşmiş Ştatlarda malik ola biləcək əmlakları dondurulur.
Briləşmiş Ştatların keçən il İranda seçkiyə etiraz olaraq keçirilən nümayişlərin dağılmasını qınaması indi İran hökumətinin adi tənqidindən daha ciddi şəkil alıb. İlk dəfə olaraq, Obama administasiyası ayrı-ayrı İran rəsmilərini insan hüquqlarının pozulmasında ittiham edir.
Dövlət katibi Hillari Klinton müxbirlərə deyib ki, İnqilabi Qvardiyanın komandiri Məhəmməd Əli Cəfəri də daxil olmaqla, səkkiz rəsmi nümayəndə insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyır. Buraya məhkəməsiz həbslər, insanların döyülməsi, işgəncə və qətllər daxildir.
Keçən həftə BMT-nin Baş Assambleyasının sessyasında çıxış edən prezident Mahmud Əhmədinejad deyib ki, iranlıların ifadə azqadlığı hüquqları təmin olunur və ölkədə siyasi məhbus yoxdur. Klinton bəyan edib ki, bu, İranda baş verənlərlə təzad təşkil edir.
"ABŞ prezidenti Barak Obama keçən həftə BMT-də deyib ki, biz ideyaları boğanların adlarını göstərəcəyik. Biz səsi olmayanların səsi olacayıq, insanlarla pis rəftar edən hökumətləri məsul tutacayıq və ayrı-ayrı şəxsləri hərəkətlərinə görə cavab verməyə çağıracayıq."
Maliyyə naziri Timoti Geytner deyib ki, Avropa ölkələri və digər ölkələr bu siyahını dəstəkləyəcək.
"Biz müəyyən etmişik ki, ayrı-ayrı şəxslərin adlarını qeyd edəndə və onların hərəkətlərini göstərəndə dünya ölkələrində banklar, biznes müəssisələri vı hökumətlər bu şəxslər, idarələr və müəssisələrlə iqtisadi və maliyyə əlaqələrini kəsir. Bu strategiya çox təsirli ola bilər."
Klinton İran məsələsini Avropa Birliyinin baş diplomatı Ketrin Aştonla müzakirə edib. Onlar İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıdacağına ümid etdiklərini, lakin Avropa Birliyinin İranın dialoqu bərpa etməyə marağını idafə etməsinin ardınca hələ cavabını vermədiyini bildiriblər.



Yerləşdirilib:10 Oktyabr, 2010  15:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com