POPULYARXƏBƏRLƏR

Azərbaycanın İranla viza rejimini ləğv etməməsinin səbəbi açıqlanıb

İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beygi Təbrizdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşüb


APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli mədəni, elmi, turizm və digər sahələrdə əməkdaşlıq barədə müxtəlif məsələlər müzakirə edilib.
Əhməd Əlirza Beygi bildirib ki, Azərbaycanı dost və qardaş ölkə hesab edir: "Bizim xalqlarımızın xüsusiyyəti və davranışları eynidir, demək olar ki fərqli xüsusiyyətlərə malik deyilik. Bunun üçün də Azərbaycan ilə əməkdaşlıq bizim üçün zəruridir".

O bildirib ki, Azərbaycan da İran kimi viza rejimini aradan qaldırsa, yaxşı olar: "Bakı-Təbriz-Məşhəd təyyarə reysinin açılması və bu barədə olan məsələlər bizim tərəfimizdən öz həllini tapıb. Biz Azərbaycan tərəfinin addım atmasını gözləyirik".

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev hər iki ölkənin xalqlarının mədəni və tarixi əlaqələrinin doğma və dərin olduğunu bildirib: "Hər iki ölkənin şairləri həm Azərbaycan dilində, həm də fars dilində şerlər yazıblar. Bunlardan Xaqani, Nizami və Şəhriyarı misal göstərmək olar".

Ötən il Azərbaycana 2 milyon turistin gəldiyini deyən Əbülfəs Qarayev onların 350 min nəfərini İran vətəndaşları təşkil etdiyini bildirib: "Bizim əlaqələrimiz yaxşıdır, amma bu əlaqələri yüksək səviyyəyə çatdırmalıyıq. İran vətəndaşları üçün viza rejimini ləğv etməməyimizin səbəbi ölkəmizin Ermənistanla müharibə şəraitində olmasıdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapdıqdan sonra ilk olaraq İran vətəndaşları üçün viza rejimini ləğv edəcəyik".




Yerləşdirilib:29 Sentyabr, 2010  15:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com