Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələrinin Dağıstan Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Kaspiysk və Mahaçqalada 15 yaraqlı öldürülüb.
APA-nın məlumatına görə, Milli Antiterror Komitəsinin yaydığı məlumata görə, 10 terrorçu Kaspiyskdə, 5 terrorçu isə Mahaçqalada öldürülüb. Xüsusi əməliyyat "Xəzər" sağlamlıq mərkəzi yaxınlığındakı bağ evlərindən birində keçirilib. Terrorçuların gizləndiyi evi mühasirəyə alan xüsusi təyinatlılar silahlı müqavimətlə üzləşiblər. Hazırda ərazidə əməliyyat davam edir